Azərbaycanın Ermənistanla müharibəsi başa çatıb. Bunu Prezident İlham Əliyevin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib.
"Azərbaycanın Ermənistan ərazisinə iddiası ilə bağlı bəzi lazımsız söz-söhbətlər dolaşır. Belə bir şey yoxdur. Bizim üçün müharibə bitib. Biz sülhə, dövlətimizin inkişafına diqqət yetiririk", - Hacıyev Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı müzakirə zamanı bildirib.
Hacıyev vurğulayıb ki, son 5 ayda sərhəddə baş verən bir insidenti çıxmaqla vəziyyət çox sakit olub.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Həmçinin xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 5 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !