Sözügedən mərasimdə iştirak edən ailə üzvlərindən olan Mirmöhsüm Dadaşov Oxu.Az-a açıqlamasında yayılan informasiyaların təhrif olunduğu bildirib. Onun sözlərinə görə, heç bir toy mərasimi keçirilməyib:
"Bu sadəcə nikaha görə dostlar arasında keçirilən kiçik yığıncaq olub. Restoran açıq havada fəaliyyət göstərib və 10 nəfərdən artıq qonaq olmayıb. Masalar qaydalara uyğun şəkildə müəyyən məsafələrdə qoyulub. Yığıncaq saat 10-a qədər davam edib və orada ailə üzvləri olmayıb. 150 nəfərin iştirak etməsi və toy mərasimi olmasına dair xəbərlər yanlışdır. Karantin qaydalarına görə, restoranların axşam saat 10-a qədər fəaliyyətinə icazə var. Biz də restoran bağlananda oranı tərk etmişik”.
Könül Cəfərli
15:13
Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilirdi.
Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır. Videogörüntülərdə tibbi maskalı şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir.
Həmin görüntüləri təqdim edirik:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !