Hafiz Hacıyev xəstəxanaya yerləşdirilməsi ilə bağlı AÇIQLAMA VERİB

13:29 | 24.02.2020
Hafiz Hacıyev xəstəxanaya yerləşdirilməsi ilə bağlı AÇIQLAMA VERİB

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilməsi ilə bağlı AÇIQLAMA VERİB

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

"Anews.az" xəbər verir ki, bu barədə oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və  bir neçə gündür xəstəxanadadır.

"Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM