"Maaş söhbətini müəllimlər, əlillər etsin, Prezidentinə xəyanət edənlər yox”.
Yenicag.az xəbər verir ki, bu sözləri Hafiz Hacıyev Milli Məclisin 5 komitəsinin birgə iclasında baş tutan büdcə müzakirələri zamanı millət vəkili Siyavuş Novruzovun deputatların maaşlarının artırılması məsələsinə münasibət bildirərkən deyib. O, bildirib ki, bu cür söhbətləri edən deputatlar Milli Məclisdən uzaqlaşdırılmalıdır:
"Bugünkü gündə məmur, deputat təbəqəsi xalqa işləmir. Bu məsələni qaldıran deputatın şəxsi biznesi, əlavə gəlir sahələri var. Bu fikri səsləndirməklə cəmiyyət arasında belə fikir yürütmək istəyirlər ki, guya bunlar az maaşla dolanır. Belə adamların heç biri maaşla yaşamır. Əksinə, Azərbaycanı soyub-talayırlar. Həmin şəxsin haqqında araşdırma aparsınlar. Görsünlər ki, həmin deputatın nə qədər malikanəsi, biznesi, əlavə gəlir yerləri var. Bunlar hamısı absurd məsələlərdir. Millətin çox hissəsi acından qırılır. Niyə onlar maaş haqqında danışmır? Niyə maaşın azlığından danışan şəxslər demir ki, təqaüdçülərin, müəllimlərin, həkimlərin maaşı aşağıdır? Əgər maaş qane etmirsə, mandatını təhvil versin.
Ona görə də təklif edirəm ki, belə şəxslər Milli Məclisdən uzaqlaşdırılsın. Onların yerinə millətini, xalqını, Prezidentini sevən şəxslər seçilib, təyin edilsin”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !