Hafiz Məmmədov bank rəhbəri vəzifəsindən çıxarıldı

17:20 | 22.05.2014
Hafiz Məmmədov bank rəhbəri vəzifəsindən çıxarıldı

Hafiz Məmmədov bank rəhbəri vəzifəsindən çıxarıldı

“Bank of Azerbaijan” ASC-nin 19 may 2014-cü il tarixində keçirilən Səhmdarların Növbədənkənar Ümumi Yığıncağında Bankın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bankın yeni tərkibi aşağıdakı kimidir:Müşahidə Şurasının tərkibi:İsmayılov Mehman Məmməd oğlu- Müşahidə Şurasının sədri,Cavadov Cavid Yusif oğlu- Müşahidə Şurasının üzvü,Əliyev Araz İsmayıl oğlu-  Müşahidə Şurasının üzvüİdarə Heyətinin tərkibi:Aslanov Məhəmmədəli Mahir oğlu -İdarə Heyəti sədrinin v.m.i.eOrucov Fərid Eldar oğlu - İdarə Heyəti sədrinin müavini Orucov Fərid Temraz oğlu- İdarə Heyəti sədrinin müaviniKərimov Elşad Oqtay oğlu- İdarə Heyətinin üzvüXəlilov Nicat Nizami oğlu -İdarə Heyətinin üzvüQeyd edək ki, “Bank of Azerbaijan”ın müşahidə şurasının sədri indiyə qədər Hafiz Məmmədov olub. Yeni sədr isə 2012-ci ilin İyul ayından “Bank Technique” ASC-nin Audit Komitəsinin Sədri vəzifəsində işləyib.“Bank of Azerbaijan”ın başının üstünü qara buludların alması ilə bağlı son bir ayda Azərbaycan mətbuatında ardıcıl yazılar dərc olunmaqdadır. Həmin məlumatlarda bankın müflis olduğu, əvvəlki ofisindən çıxarılaraq "Baghlan Group"a yerləşdirilməsi, filiallarının fəaliyyətini dayandırması, eyni zamanda “Bank Technique”ə birləşdirlməsi ilə bağlı faktlar yer alırdı. Mərkəzi Bankın sədri Elman Rüstəmov da açıqlamasında “Bank of Azerbaijan”da likvidlik problemi olduğunu bildirmişdi. Bir neçə gün əvvəl bankın sahibi Hafiz Məmmədov isə "Qafqazinfo"ya müsahibəsində bankda problemlərin olduğunu təsdiqləsə də, onların həll edəcəyini və heç bir narazılığın yaşanmayacağını demişdi. Onu da əlavə edək ki, bankın son durumu müştərilər arasında narahatlığa səbəb olmuşdu.Əlavə edək ki, bankın səhmlərinin böyük hissəsi “Bağlan Group”un rəhbəri "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsus olub: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Onların səhmdarlar arasında qalıb qalmadığı isə hələ ki, məlum deyil.Bu arada “Bank of Azerbaijan”ın taleyi ilə bağlı daha maraqlı məlumatlar "Qafqazinfo"ya daxil olub. Onları da dəqiqləşdirəndən sonra təqdim edəcəyik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM