Fransada “Lans” futbol klubunun səhmlərini alan, “Bakı” nın prezidenti Hafiz Məmmədov İngiltərədə də klub alacaq.ANN.Az xəbər verir ki, bu barədə “Stadium.az” saytına açıqlamasında Hafiz Məmmədov özü məlumat verib: “Düzdür, bizə təkliflər var və düşünürük ki, Almaniya və İtaliyadan öncə İngiltərədə futbol klubu alaq. Bizə təkliflər çoxdur, amma diqqət mərkəzində saxladığımız 3 klub var. Bunlar da “Lids”, “Çarlton” və “Şeffild Vednesday” klublarıdır. Biz bunları nəzərdən keçirərkən klublardan hansının daha qədim tarixə xalik olmasını, azarkeşlərinin çox olmasını nəzərə alırıq. Bu baxımdan adını çəkdiyim 3 klubu fərqləndirmək olar. Variantları və imkanları dəyərləndirib bu üç komandadan birini almaq niyyətindəyik ”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !