Hafiz Məmmədov azadlığa buraxılmadı - Yenilənib

13:43 | 28.01.2022
Hafiz Məmmədov azadlığa buraxılmadı - Yenilənib

Hafiz Məmmədov azadlığa buraxılmadı - Yenilənib

Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Məhkəmə bildirib ki, o, dövlətə olan 1 milyon manat borcunu tam ödəməlidir. 
 
******
 
Bu gün Bakı Apellyasiya Məhkəməsində vergi borcuna görə həbs edilən Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılır.

Hazırda məhkəmədə fasilə olunub, günün ikinci yarısında təkrarən işə baxılması davam etdiriləcək. 

Hafiz Məmmədovun hələ də vergi borcunu ödəmədiyi bildirilir.

Vəkillərinin sözlərinə görə, onun vergi və sosial ödənişlərlə bağlı 400 min manat borcu olub, həmin məbləğ də tam ödənilib. Hazırda isə Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.

Dövlət Vergi Xidmətindənbildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. (qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb