"Bakı" futbol komandasına yeni baş məşqçi təyin olunub. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.Seyidovun sözlərinə görə, bu, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi İbrahim Uzuncadır. Uzuncaya qapıçılarla işləyən məşqçi Muarrem Zekir kömək edir. Klub rəsmisi yeni məşqçilər heyətinin bu gündən əsas komanda ilə birgə çalışmalara başladıqlarını açıqlayıb.Əvvəlki baş məşqçi Milinko Pantiçə gəldikdə, Seyidov bildirib ki, serbiyalı mütəxəssis köməkçilərinin də "Bakı"dan ayrılmasını tələb edib. O, "Bakı"dakı maliyyə probleminin AFFA-nın da köməkliyi sayəsində həllini tapacağına ümid etdiyini bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !