Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donal Gerye yenidən Azərbaycanda çıxış edə bilər.
Bu barədə 34 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
Təcrübəli oyunçu bildirib ki, aid olduğu yerə qayıtsa, özünü xoşbəxt hiss edər: "Orada nə baş verdiyini bilmirəm. Amma, bir çox insan mənə bununla bağlı mesaj göndərir".
Haiti millisinin üzvü "Sumqayıt"a keçə biləcəyi ilə bağlı xəbəri isə təkzib edib: "Heç bir təklif almamamışam. Anlaşmadan isə söhbət gedə bilməz. Çünki hazırkı klubumla yayadək müqaviləm var".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 