Haiti prezidentinə sui-qəsdin görüntüləri yayıldı

18:43 | 07.07.2021
Haiti prezidentinə sui-qəsdin görüntüləri yayıldı

Haiti prezidentinə sui-qəsdin görüntüləri yayıldı

Haiti prezidenti Jovenel Moisə qarşı bugünkü sui-qəsdin görüntüləri "Twitter”də yerləşdirilib.

"Ölkə.az" xəbər verir ki, videoda əli avtomatlı şəxslər küçədə var-gəl edirlər, daha sonra isə atəş səsləri gəlir.

Xatırladaq ki, dövlət başçısı iqamətgahına naməlum şəxslərin hücumu nəticəsində güllənib.

Sui-qəsdçilərin şəxsiyyəti hələlik müəyyənləşdirilməsə də, rəsmi məlumatda onların ispanca danışdıqları bildirilir.
bildirilir.
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM