Hakan Şükür Ərdoğanın partiyasından istefa verdi

23:47 | 16.12.2013

Türkiyənin tanınmış futbolçusu, millət vəkili Hakan Şükür dekabrın 16-da sensasiyalı açıqlama ilə çıxışı edib.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, istefası ilə bağlı yazılı açıqlama yayıb.

 

Tanınmış futbolçu hakim Ədalət və İnkişaf Partiyasından istefa verdiyini bildirib: «Son günlər yaşana və vicdan sahibi hər kəsi dərindən üzən bir hərəkətdir. Mən heç bir zaman siyasətlə məşğul olmaq istəməmişəm. Ancaq hörmətli baş nazir Rəcəb Taib Ərdoğanın dəvətini mənə edilən sayğı baxımından qəbul etdim. Ak Partiyanın son 11 ildə çox başarlı işlərə imza atdı və islahatlar apardı. Ancaq dərsanələrə edilən basqı bir çoxları kimi məni də rahatsız edib...».

 

Hakan Şükür bildirişində Fətulla Gülənə olan sevgi və sayğısını da vurğulayıb.

 

Xatırladaq ki, hökumət dərsanələrin qapadılması ilə bağlı qərar qəbul edib. Bu məktəblər hakimiyyətin nəzarətində olmayan qurumlardır. Bu təhsil müəssisləri ilə bağlı baş nazir R.T.Ərdoğanla Fətulla Gül arasında fikir ayrılığını olması haqda da xəbərlər yayılıb.

Qol.az

Tərəfdaşların xəbərləri

REKLAM