Hakan Şükür televiziyadan qovuldu

12:57 | 24.12.2013
Hakan Şükür televiziyadan qovuldu

Hakan Şükür televiziyadan qovuldu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verərək, müstəqil deputat kimi fəaliyyətini davam etdirən veteran futbolçu Hakan Şükür işlədiyi Lig TV kanalından qovulub. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, kanal rəhbərliyi İstanbuldan deputat seçilmiş Şükürün işinə son verib. Qeyd edək ki, H.Şükür deputatlıqla bərabər adı çəkilən kanalda futbol şərhçliyi ilə məşğul olurdu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM