Hakerlər 145,5 milyon istifadəçinin məlumatlarını oğurladı

17:40 | 04.10.2017
Hakerlər 145,5 milyon istifadəçinin məlumatlarını oğurladı

Hakerlər 145,5 milyon istifadəçinin məlumatlarını oğurladı

"Equifax” kredit tarixçəsi bürosu kütləvi kiberhücumlar nəticəsində 145,5 milyon insanın məlumatlarının oğurlanma ehtimalının olduğunu etiraf edib.

anews.az Lent.az-a istinadən xəbər verir ki, sentyabrın əvvəlində yuxarıda adıçəkilən qurumun nümayəndələri 143 milyon ABŞ vətəndaşının şəxsi məlumatlarının oğurlandığı barədə məlumat veriblər. 

Artıq onlar hesab edirlər ki, zərərçəkənlərin siyahısında daha 2,5 milyona yaxın ABŞ istehlakçısı var.

Qeyd etmək lazımdır ki, bu hadisə nəticəsində "Equifax”ın baş direktoru və Direktorlar Şurasının sədri Riçard Smit istefa ərizəsi yazıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti