Hakerlər 18 milyon elektron poçt ünvanı oğurladı

22:51 | 04.04.2014
Hakerlər 18 milyon elektron poçt ünvanı oğurladı

Hakerlər 18 milyon elektron poçt ünvanı oğurladı

Almaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları hakerlərin oğurladığı 18 milyon elektron poçt ünvanı məlumat bazası və onların parollarını aşkarlayıblar. Bu barədə Ferden şəhər prokurorluğunun nümayəndəsi Luts Qebel məlumat verib.   Məlumatlar mümkün kiberhücumların dəf edilməsinə yönələn tədbirlərin görülməsi məqsədilə Federal İnformasiya Texnikası Təhlükəsizliyi İdarəsinə təhvil verilib. Prokurorluqdan bildirilib ki, oğurlanmış elektron poçt ünvanları spamın göndərilməsi üçün fırıldaqçılar tərəfindən aktiv istifadə olunur. "Spiegel online" internet nəşrinin məlumatına görə, oğurlanmış elektron poçt ünvanlarının ən azı 3 milyonu Almaniya istifadəçilərinə məxsusdur.   Bir neçə ay əvvəl hakerlərin təxminən 16 milyon istifadəçinin login və parollarını oğurlaması barədə məlumatlar yayılıb. Bu istifadəçilərin əksəriyyəti də Almaniya vətəndaşları olub.//İctnews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM