ABŞ-ın “Trustwave” şirkətinin əməkdaşları sosial şəbəkə istifadəçilərinə aid məlumatların və 2 milyonadək şifrənin yerləşdiyi haker serverini aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə CNNMoney telekanalı xəbər yayıb. Kibertəhlükəsizlik sahəsində ixtisaslaşan “Trustwave” mütəxəssisləri sözügedən serveri noyabrın 24-də aşkar edib. Akkauntların məlumatları sosial şəbəkə istifadəçilərinin kompüterlərinə göndərilən xüsusi proqram vasitəsi ilə əldə olunurmuş. Nəticədə hakerlər 318 min “Facebook”, 70 min Gmail və YouTube, 22 min “Twitter”, habelə “Odnoklassniki” sosial şəbəkəsinin 9 min nəfər istifadəçisinin şəxsi məlumatlarını əldə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !