Hakerlər hər gün 30 min şirkətə hücum edir

23:04 | 11.02.2015
Hakerlər hər gün 30 min şirkətə hücum edir

Hakerlər hər gün 30 min şirkətə hücum edir

Ötən il bir sıra iri şirkət və bankların maliyyə informasiyasının oğurlanması ilə yadda qalsa da, aparılan tədqiqatlar daha çox kiçik şirkətlərin zərər çəkməsini göstərir.
 
Fırıldaqçılar tərəfindən orta statistik hücum kiçik və orta şirkətlərə adətən 65-115 min funt-sterlinq (99-175 min dollar) dəyərində ziyan vurur. Bu barədə "PwC" şirkətinin tədqiqatında deyilir. Bəzi şirkətlər ildə altı dəfə kiberfırıldaqçıların qurbanı olur. Böyük müəssisələr itkilərin öhdəsindən tez gəldiyi halda kiçik və orta şirkətlər üçün bu məbləğdə xərclər fəaliyyətin dayanmasına səbəb ola bilər.
 
Ekspertlər qeyd edirlər ki, buna baxmayaraq əksər kiçik şirkətlər təhlükəsizlik tədbirləri görür, çünki səyləri əsas kommersiya fəaliyyətinə yönəltmək istəyir. Bununla yanaşı, şirkətlər müvafiq mühafizə səviyyəsi barədə düşünmədən ən yeni internet texnologiyalarını və ödəniş həllərini tez tətbiq edirlər ki, bu da yaxşı hal deyil.
 
Hər gün kiçik şirkətlərin 30 minə yaxın internet saytı kiberfırıldaqçıların qurbanı olur. Bundan əlavə, hər gün təxminən 250 min yeni virus yaradılır, hücumlar isə getdikcə daha da ciddiləşir. Ekspertlərin fikrincə, şirkətlər şəbəkədə cinayətkar fəaliyyət nəticəsində ciddi ziyana uğramamaq üçün etibarlı mühafizə sistemi qurmalıdırlar//İctnews.az  
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM