Hakerlər smartfonlardan barmaq izini oğurlaya bilərlər

12:41 | 11.08.2015
Hakerlər smartfonlardan barmaq izini oğurlaya bilərlər

Hakerlər smartfonlardan barmaq izini oğurlaya bilərlər

Təhlükəsizlik sistemləri üzrə tədqiqatçılar "Android” platforması ilə işləyən smartfonlarda daha bir boşluq aşkar edib. 

Hakerlər biometrik skanerlə təchiz edilmiş smartfonların yaddaşında saxlanılan barmaq izinə məsafədən giriş əldə edə bilər.

"ICTnews" elektron xəbər xidməti "payspacemagazine.com” saytına istinadən bildirir ki, ABŞ-ın kibercinayətkarlıqla mübarizə üzrə "FireEye” şirkətinin ekspertləri bildiriblər ki, bu boşluq yalnız barmaq izinin oxunması üçün sensordan istifadə edən və "Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlara zərər vura bilər.

Həmçinin "Apple” şirkəti barmaq izinin oxunması texnologiyasından aktiv istifadə edir. Amma "Touch ID” sensor ötürücüsü daha təhlükəsizdir, çünki skanerdən qəbul etdiyi məlumatları şifrləyir.

2019-cü il üçün verilmiş proqnoza görə, smartfonların 50 faizindən çoxu barmaq izi skaneri ilə təchiz ediləcək. Nəticədə mobil telefon istehsalçıları biomarkerlərin mühafizəsindən narahat olmalıdır, çünki müdaxilə edilmiş biometrik informasiyanı dəyişdirmək olmaz.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM