Hakerlər «WhatsApp»a müdaxilə edirlər

21:12 | 01.12.2015
Hakerlər «WhatsApp»a müdaxilə edirlər

Hakerlər «WhatsApp»a müdaxilə edirlər

Sinqapur Banklar Assosiasiyası «Android» sistemli mobil telefon istifadəçilərini «WhatsApp» proqramı üçün nəzərdə tutulan saxta yeniləmələr üzərindən yayılan yeni virus haqda xəbərdar edib. Bu haqda təşkilatın direktoru Onqanq Ay Bund məlumat verib.
 
 
«ICTnews» elektron xəbər xidməti «itar-tass.com» saytına istinadən yazır ki, sertifikatlaşdırılmamış yeniləmələrin sistemə quraşdırılması zamanı populyar messencer proqramı bank kartı məlumatlarının daxil edilməsini tələb edir. Bundan sonra saxta yeniləməyə quraşdırılmış viruslar informasiyanı fırıldaqçılara ötürür.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM