Hakimi təhqir edən məşqçi cəzalandırıldı

16:15 | 27.12.2017
Hakimi təhqir edən məşqçi cəzalandırıldı

Hakimi təhqir edən məşqçi cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Anews.az xəbər verir ki, iclasda müxtəlif yaşlı futbolçular arasında keçirilən liqa oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Regional Liqanın "Ümid” - "Tufan” matçında "Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 liqasında "Keşlə” - "Neftçi” matçının 89-cu dəqiqəsində "Neftçi”nin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. 

Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək, Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM