Hakimiyyət 17 ildir Əli Kərimlinin xaricə səfərinə qadağa qoyub - ABŞ Dövlət Departamenti

17:08 | 22.03.2023
Hakimiyyət 17 ildir Əli Kərimlinin xaricə səfərinə qadağa qoyub - ABŞ Dövlət Departamenti

Hakimiyyət 17 ildir Əli Kərimlinin xaricə səfərinə qadağa qoyub - ABŞ Dövlət Departamenti

2022-ci ildə Azərbaycan hakimiyyəti bir sıra müxalifət xadimlərinin, fəalların və jurnalistlərin ölkədən kənara çıxmasının qarşısını almağa davam edib. Bu barədə ABŞ Dövlət Departamentinin "İnsan Hüquqları Təcrübələri üzrə 2022 Ölkə Hesabatları"nda bildirilir.

"Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə 2006-cı ildən səfərə qadağa qoyulub. Qanun çağırış yaşında olan kişilərin xaricə səfər etməzdən əvvəl hərbi orqanlarda qeydiyyatdan keçməsini tələb edir. Səlahiyyətlilər milli təhlükəsizlik məlumatlarına çıxışı olan hərbçilərə bəzi səyahət məhdudiyyətləri qoyub. Cinayət törətməkdə təqsirli bilinən və ya məhkum olunmuş və şərti cəza almış vətəndaşların cəza müddəti başa çatana qədər xaricə getməsinə icazə verilmir. COVID-19 pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərə görə daxili quru sərhəd keçidləri fiziki şəxslər üçün bağlı qalıb”, - Hesabatın "Hərəkət azadlığı və ölkəni tərk etmək hüququ” sərlövhəli  bölməsində bildirilir.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb