Hamamda ad günü faciə ilə bitdi: Ölənlər var

12:58 | 29.02.2020
Hamamda ad günü faciə ilə bitdi: Ölənlər var

Hamamda ad günü faciə ilə bitdi: Ölənlər var

Rusiyanın məşhur bloqeri Yekaterina Didenkonun 20 nəfər qonağı ilə hamamda ad günü keçirmək fikri faciə ilə nəticələnib.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, tədbir zamanı hovuzun suyu qonaqlara isti gəlib. İşçilər də suyu soyutmaq üçün hovuza 25 kq quru buz atıblar. Nəticədə, karbon qazı kəskin artıb, müəssisə sürətlə dumana bürünüb.
 
Hovuzda olanlar boğulmağa başlayıblar, bəziləri isə huşunu itirib.
Son məlumatlara görə, hadisə nəticəsində bloqerin əri də daxil olmaqla, üç nəfər ölüb, beş nəfər isə zərər çəkib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb