HAMAS Qəzza ilə bağlı razılığın əldə olunmasına dair 4 şərtini açıqlayıb

15:34 | 16.06.2024
HAMAS Qəzza ilə bağlı razılığın əldə olunmasına dair 4 şərtini açıqlayıb

HAMAS Qəzza ilə bağlı razılığın əldə olunmasına dair 4 şərtini açıqlayıb

Fələstinli radikal qruplar Qəzza zolağında dörd əsas şərtə əsaslanmalı olan atəşkəs sazişi bağlamağa hazır olduqlarını təsdiq edirlər. 
 Fələstinin HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, HAMAS və digər Fələstinli qruplaşmalar dörd əsas məqamı özündə əks etdirən razılaşma əldə etmək niyyətindədirlər.

"Daimi atəşkəsin yaradılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması, anklavın infrastrukturunun yenidən qurulması və əsirlərin mübadiləsi”, - HƏMAS lideri hərəkatın rəsmi Teleqram kanalında bu şərtləri paylaşıb. 

Haniyə radikalların vasitəçilərin son təklifinə cavabını uyğun hesab edir:

"Cavabımız ABŞ prezidenti Co Baydenin təklifində və BMT Təhlükəsizlik Şurasının qətnaməsində əks olunan sektorda atəşkəsin yaradılması üçün əsas prinsiplərə uyğundur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür