Heydər Əliyev Fondunun dəstəyi ilə Hamburq şəhərində Azərbaycan gecəsi keçiriləcək. ANN.Az AzərTAc-a isinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir.Növbəti tədbirin Almaniyanın Hamburq şəhərində keçirilməsi nəzərdə tutulur.Fondun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə dekabrın 5-də Avropanın ən böyük liman şəhərlərindən biri olan və “Dünyaya açılan şəhər” kimi tanınan qədim Hamburqda Azərbaycan gecəsi keçiriləcək.Hamburqun tarixi Börsensaal zalında təşkil olunacaq gecədə rəsm və foto sərgiləri və bu işlərin fotoproeksiyaları təqdim ediləcək.Stendlərdən birində ölkəmizdə Almaniya mövzusunda ənənəvi keçirilən “Almaniya bir rəssamın gözü ilə” sərgi-müsabiqələrində qalib gəlmiş istedadlı gənclərin rəngkarlıq işləri nümayiş etdiriləcəkdir. Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdikləri əsərlərin təqdimatı bundan əvvəl Ştutqart və Köln şəhərlərində də keçirilib.Tədbirdə nümayiş olunacaq digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək. Fotoşəkillərdə vaxtilə Avropada ən böyük və müasir misəridən zavodu Gədəbəydə inşa etdirən Siemens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyəti və yaşam tərzi əks olunur.Azərbaycan gecəsində virtuoz caz ifaçısı İsfar Sarabskinin konsert proqramı da olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !