Hamburqda kütləvi iğtişaşlarda onlarla insan xəsarət alıb

11:29 | 22.12.2013
Hamburqda kütləvi iğtişaşlarda onlarla insan xəsarət alıb

Hamburqda kütləvi iğtişaşlarda onlarla insan xəsarət alıb

Almaniyanın şimalındakı Hamburq şəhərində ötən gün axşam saatlarında baş vermiş kütləvi iğtişaşlar nəticəsində, 70-i polis əməkdaşı olmaqla, onlarla insan xəsarət alıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb hakimiyyət qurumlarının qəzalı vəziyyətdə olan Rote Flora Mədəniyyət Mərkəzini bağlamaq planı olub. Qeyd edək ki, 19-cu əsrdə tikilmiş teatrın binasında yerləşən Rote Flora Mədəniyyət Mərkəzi son illər solçu radikal qruplaşmaların üzvlərinin toplaşdığı məkana çevrilib.  

 

Polisin məlumatına görə, mərkəzin təmirə bağlanması barədə qərar elan edildikdən sonra Hamburqun küçələrinə  4300-ü solçu radikal ekstremist olmaqla 7300-dək  insan etiraz aksiyasına çıxıb. Toqquşmaların olacağından ehtiyatlanan asayiş keşikçiləri qonşu bölgələrdən əlavə 2000-dək polis qüvvələri cəlb edib.  

 

Etiraz aksiyası, gözlənildiyi kimi, qıza zamanda toqquşmalarla nəticələnib.   

 

Ən qızğın toqquşmalar şəhərin Şvartsenfirtel məhəlləsində baş verib. Burada etirazçılar polis əməkdaşlarını daş-qalaq edib, yandırıcı maye doldurulmuş şüşə qabları atıb. Polis isə aksiyanın yatırılması üçün su şırnaqlarından istifadə edib.    

 

İğtişaş iştirakçıları ticarət obyektlərinin şüşələrini qırıb, yol kənarında duran avtomobillərə zərər vurublar. “Şpiqel Onlayn” nəşrinin məlumatına görə, toqquşmalar nəticəsində 70-dək polis əməkdaşı xəsarət alıb, onlardan biri huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.   

 

Bir neçə etirazçı saxlanılıb. İğtişaşlar səbəbindən Hannover, Berlin, Bremen və Rostokdan Hamburqa yola düşən qatarların hərəkəti dayandırılı.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb