Hamilə qadın dəm qazından zəhərlənərək öldü - Azərbaycanda

10:26 | 22.01.2014
Hamilə qadın dəm qazından zəhərlənərək öldü - Azərbaycanda

Hamilə qadın dəm qazından zəhərlənərək öldü - Azərbaycanda

Siyəzən şəhərində dəm qazından ölüm hadisəsi baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin 12-ci massivində yaşayan 34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğularaq ölüb. Mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə gətirilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib. Ölümə su qızdırıcısından hamam otağına dəm qazının sızmasının səbəb olduğu ehtimal olunur. V. Babayevanın hamilə olduğu bildirilir. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM