Hamının tənqid etdiyi sorğu keçirən jurnalistlə bağlı MTRŞ-dan AÇIQLAMA - VİDEO

14:47 | 01.04.2020
Hamının tənqid etdiyi sorğu keçirən jurnalistlə bağlı MTRŞ-dan AÇIQLAMA - VİDEO

Hamının tənqid etdiyi sorğu keçirən jurnalistlə bağlı MTRŞ-dan AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya TV-də xəbər hazırlayan jurnalist sosial şəbəkələrdə böyük qınağa tuş gəlib.

BAKU.WS xəbər verir ki, həmin videoda yer alan jurnalistin özünün karantin qaydalarına əməl etməyib şəhər sakinlərinə tutduğu irad sosial şəbəkələrdə şiddətlə qınanıb:

"Bakıda 60-70 böyük və kiçik aptek gəzmişəm, bircə dəfə 2 maska ala bilmişəm, 1 dəfə də 14 manata filtrli maska. Camaat haradan tapsın maskanı? Özü əlcəksizdir, telefonu əlində, mikrofonun üstü bağlanmayıb, müsahiblərlə 2 m məsafə qorunmur”.

Məsələyə aydınlıq gətirmək üçün Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxladıq. MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov BAKU.WS-ə bildirdi ki, bu məsələlərlə bağlı Operativ Qərargahın tövsiyələrinə əməl edilməlidir.

"Operativ Qərargah vətəndaşlara, eyni zamanda jurnalistlərə tövsiyələr edib. Jurnalistlər üçün də müəyyən tələblər var. Hamı bu qaydalara əməl etməlidir.
Jurnalistlər də birinci növbədə bu qaydalara əməl etməlidirlər.

Həmin faktla bağlı konkret nəsə deyə bilmərəm.

Əslində tənqid başqa aspektdə idi. Burada vətəndaş özü jurnalistdən soruşur ki, "sən nə gəzirsən burada?” O, jurnalistdir və vəzifə borcunu yerinə yetirir.
Operativ Qərargahdan da bildirilir ki, jurnalistlər, Kütləvi İnformasiya Vasitələri öz işini normal qaydada davam etdirə bilərlər.
Bu gün polis və həkimlər başda olmaqla, jurnalistlərin, xüsusilə televiziya işçilərinin fəaliyyətini qiymətləndirməliyik. Onları tənqid etməkdən çox, işlərinə qiymət vermək və mane olmamaq lazımdır.

İstər televiziya, istərsə də sayt jurnalistləri də qaydalara maksimum əməl etməlidirlər ki, belə vəziyyət yaranmasın. Bir situasiyaya görə görülən bütün işi də yerə vurmaq olmaz”, - deyə qurum rəsmisi bildirib.
Sözügedən videonu təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb