Hansı avtobuslar nəqliyyat kartıyla işləyəcək? - SİYAHI

16:51 | 28.01.2014
Hansı avtobuslar nəqliyyat kartıyla işləyəcək? - SİYAHI

Hansı avtobuslar nəqliyyat kartıyla işləyəcək? - SİYAHI

Bakıda vahid nəqliyyat kartı ilə gediş haqlarının ödəniləcəyi avtobus marşrutlarının siyahısı açıqlanıb.Lent.az xəbər verir ki, birinci mərhələni əhatə edən 35 marşrutda sistemin tətbiqi planlaşdırılır.Sərnişinlərə yol pulunu nağd ödəməklə bağlı qadağa hələlik tətbiq edilmir.İstifadəçilər “Nəqliyyat kartının” balansını “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində, ticarət köşklərində, “Qasid” köşklərində, iri supermarketlərdə, TOPAZ satış nöqtələrində və “Yolkart” loqosu ilə təchiz olunan ticarət obyektlərində nağd vəsait ödəməklə artıra bilərlər.“Nəqliyyat kartı”nın balansının artırılması zamanı bir əməliyyatla minimal 1 (bir) AZN nağd vəsait mədaxil etmək lazımdır.Yəni karta qəpiklə pul yükləmək mümkün deyil.Bundan başqa, istifadəçilər problemləri ilə bağlı “175” - Müştəri xidmətinə müraciət edə bilərlər.Artıq aşağıda qeyd edilən marşrut avtobuslarında gedişhaqqını həm də yol kartı vasitəsi ilə ödəmək mümkündür:1, 6, 9, 11, 13, 14, 15, 17, 18, 20, 25, 32, 37, 38, 40, 46, 49, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 83, 85, 86, 90, 95, 96.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM