Hansı banklar dollar satışını dayandırıb? - SiYAHI

12:44 | 02.04.2020
Hansı banklar dollar satışını dayandırıb? - SiYAHI

Hansı banklar dollar satışını dayandırıb? - SiYAHI

Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda dollar satışı dayandırılıb. Anews.az hansı banklarda hal-hazırda dolların satılıb-satılmadığını araşdırdı və təqdim edirik.
 
Kapital bank – dollar bu gün 1.7020 satılır. 500 dollara qədər satış həyata keçirilir. Filiallar saat 3-ə kimi işləyir.
 
ATAbank –  dolların bitdiyi üçün  satış həyata keçirmir.
 
Bank Respublika – dollar bu gün 1.7025 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir. 500 dollardan yuxarı məbləğdə alış-satış həyata keçirdikdə, şəxsiyyət vəsiqəsi təqdim edib, pulun mənbəyi ilə bağlı anket doldurmalısınız.

MuğanBank – 500 dollara qədər satış həyata keçirilir. 500 dollardan yüksək məbləğ götürmək üçün müvafiq ərizə forması doldurmaq lazımdır.
 
Accecbank – dollar bu gün 1.7025 satılır. 10 min dollar qədər satış həyata keçirilir. Daha yuxarı məbləğ olduqda müvafiq ərizə forması doldurmalısınız. Filiallar saat 3-ə kassalar isə, saat 2-ə kimi işləyir.
 
Azərtürkbank – dollar bu gün 1.7020 satılır. Şəxsiyyət vəsiqəsi ilə bir nəfərə 500 dollar verilməsi mümkündür. Blank doldurulduğu halda 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir. Yasamal, 28 may, Təzə Bazar filialları işləyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti