Avropa milli domen qeydiyyatçılarını birləşdirən "CENTR” assosiasiyasının 2015-ci ilin son rübünə olan hesabatına əsasən, dünyada 311,5 milyon domen adı qeydiyyata alınıb ki, onların da 158,7 milyonu "köhnə” domenlərin payına düşür və ".COM” domeni "köhnə” domenlər üzrə liderdir.
140,1 milyon domen adı milli domen zonalarında, 10,9 milyon isə yuxarısəviyyəli yeni ümumi domen zonalarında qeydiyyatdan keçirilib, 1,6 milyon isə milli zonalarda beynəlmiləlləşdirilmiş domenlərin sayıdır.
ANN.Az ictnews.az-a istinadən xəbər verir ki, məlumata görə, 2015-ci ilin son rübündə Estoniyanın domen adı (.EE) və Çernoqoriyanın domen adı (.ME) Avropada milli domen adları arasında artım tempinə görə lider olublar.
Məlumat üçün qeyd edək ki, milli domen seqmentində isə indiyədək qeydiyyata alınan domenlərin sayı 24 404-ə bərabərdir. Cari ilin əvvəlinə olan məlumata görə, qeydiyyata alınan domenlər arasında birinci səviyyəli ".az” domeni üstünlük təşkil edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !