Hansı ölkələrdə uşaqlar COVID-ə qarşı peyvənd olunur?

13:05 | 15.09.2021
Hansı ölkələrdə uşaqlar COVID-ə qarşı peyvənd olunur?

Hansı ölkələrdə uşaqlar COVID-ə qarşı peyvənd olunur?

Son vaxtlar bir çox ölkə 12-15 yaş arası uşaqların COVID-19 əleyhinə peyvənd edilə biləcəyi yönündə qərarlar qəbul edib.

İngiltərə də bu ölkələr sırasındadır. Belə ki, ölkənin səhiyyə orqanlarının tövsiyəsi ilə mütəxəssislər bu yaşda olan uşaqlara tək dozalı "Pfizer” peyvəndinin tətbiqini tövsiyə ediblər.

May ayında Avropa Dərman Agentliyi (EMA) 12-15 yaşlılar üçün "Pfizer” peyvəndini təsdiqləyib. Qərardan sonra bəzi Avropa Birliyi (AB) ölkələrində fərqli nisbətlərdə peyvəndləmələrə başlanılıb.

Danimarkada 12-15 yaşlarında, İspaniyada 12-19 yaşlarında olan uşaqların əksəriyyətinə vahid peyvənd vurulub.

Fransa da 12-17 yaş arası uşaqların 66 faizinə vahid bir peyvənd vuraraq sürətlə hərəkətə keçib. Onların 52 faizi iki doza peyvənd alıb. Oktyabr ayından etibarən ölkədə istifadə edilən sağlamlıq pasportu 18 yaşdan kiçiklərə də şamil edilib. Bu praktikaya görə, uşaqlar kinoteatr, muzey, restoran və qapalı ticarət mərkəzlərinə girmək üçün peyvənd edildiklərini və ya mənfi COVID testi nəticələrinə sahib olduqlarını göstərməlidirlər.

İyun ayında hökumətin Almaniyadakı elmi məsləhətçiləri peyvəndi yalnız xroniki xəstəlikləri olan 12-15 yaş arası uşaqlara tətbiq etməyi tövsiyə ediblər. Avqust ayında koronavirusun "Delta” ştamının yayılması ilə birlikdə, peyvənd 12 yaşdan yuxarı hər kəsi əhatə edəcək şəkildə genişləndirilib.

İsveçdəki 12-15 yaş arası uşaqlar yalnız ağciyər xəstəliyi, ağır astma və ya başqa yüksək riskli sağlamlıq vəziyyəti olduqda peyvəndlənə bilərlər. AB üzvü olmayan Norveç isə 12-15 yaş arasında olanlara tək doz peyvənd olunmağı qərara alıb.

Türkiyədə 18 avqustdan etibarən 15 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb edilib. 12 yaşdan yuxarı xroniki xəstəlikləri olan uşaqlar da peyvənd cədvəlinə daxil olunublar. Sentyabrın 6-dan etibarən təhsil müəssisələri ilə bağlı 12 yaşdan yuxarı bütün uşaqlara koronavirusa qarşı peyvəndləmə hüququ verilib.

May ayında ABŞ və Kanadadakı səhiyyə qurumları 12 və daha yuxarı yaş üçün "Pfizer” peyvəndini təsdiqləyiblər. İyulun sonunda ABŞ-da 12-17 yaş arası uşaqların 42 faizi birinci dozanı, 32 faizi isə ikinci dozanı alıblar. İstifadə edilən peyvəndlər isə "Pfizer” və ya "Moderna” olub. (bbc)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb