Hansı şirkətə 1.5 mln. dollar kredit ayrıldı?

11:58 | 04.09.2015
Hansı şirkətə 1.5 mln. dollar kredit ayrıldı?

Hansı şirkətə 1.5 mln. dollar kredit ayrıldı?

Ölkəmizdə real sektorun inkişafına hər zaman dəstək olan Unibank, daha bir böyük biznes layihəsinə imza atdı. 

Unibank tərəfindən neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 1.500.000 ABŞ dolları həcmində kredit verilib. Kredit bankın bu il açılmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - "Unibank- Biznes Mərkəzi” filialında ayrılıb.

"Dalğıc" MMC bankın ən böyük korporativ müştərilərindəndir. "Dalğıc” öz fəaliyyətinə 1996-cı ildən başlayıb və şirkətinin əsas fəaliyyəti Xəzərdə icra olunan dalğıc işləri, 60 metrədək dərinlikdə sualtı-texniki işlər, 1000 m-ə qədər dərinliklərdə isə HSA (Heyətsiz Sualtı Aparat) sistemini istifadə etməkdir. " Dalğıc” Fərdi Firması bu sahədə fəaliyyət göstərən yeganə milli Azərbaycan şirkətdir. Xatırladaq ki, ötən ilin avqustunda Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı "Dalğıc" şirkətinə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyüdür.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Hazırda bankın yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filialı fəaliyyət göstərir. "Qara Qarayev” biznes-filialı, "Baksovet” və "Dərnəgül” filialları və "Unibank biznes mərkəzi” bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM