Harçeqani qızıl medalını qazandı - FOTOLAR

22:48 | 18.06.2015
Harçeqani qızıl medalını qazandı - FOTOLAR

Harçeqani qızıl medalını qazandı - FOTOLAR

80 kq-lıq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani final görüşünü Rusiya idmançısı Albert Qaunla keçirib.

ANN.Az xəbər verir ki, tərəflər arasında qızğın mübarizə gedib. İlk hissədən 3:1 irəlidə olan Milad Harçeqani digər hissələrdə də üstünlüyünü qoruya bilib. Sonda Harçeqani 9:4 hesabla rusiyalı rəqibini məğlub edir

Qeyd edək ki, taekvondoçularımızın final yarıını prezident İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva da izləyirdilər.
 
Hazırda mükafatlandırma mərasiminə hazırlıq gedir

 
 
*** 
 
80 kq-lıq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani növbəti yarışına başlayıb. O, finala gedən yolda portuqaliyalı Julio Ferreyra ilə qüvvəsini sınayıb.

Harçeqani 6:2 hesabı ilə Ferreyraya qalib gəldi

O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
 

Orxan Aslanlı

Fotolar müəllifindir
 
 

















































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM