Hava daha çox harda çirklidir? - AÇIQLAMA

16:58 | 06.06.2014
Hava daha çox harda çirklidir? - AÇIQLAMA

Hava daha çox harda çirklidir? - AÇIQLAMA

Hazırda Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji durum qənaətbəxşdir.
Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı aparılan monitorinqlərin nəticələrinə əsasən mövcud vəziyyət barədə məlumat verən nazirik yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova APA-ya açıqlamasında bildirib ki, bu gün ölkədə təhlükəli və ekstremal halın yoxdur. Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi ilə bağlı stabilləşmə gedir və bu gün ölkədə ekoloji durum qənaətbəxşdir.
 
M. Avazova qeyd edib ki, atmosfer üzrə monitorinqlər əsasən iri şəhərlərdə, əhalinin sıx məskunlaşdığı ərazilərdə aparılır: “Hansısa kiçik ərazilərdə monitorinq aparılsa, onun heç bir mənası olmayacaq və bu, əlavə xərcdir. Amma Gəncə, Mingəçevir, Sumqayıt, Bakı kimi yerlərdə belə monitorinqlərin aparılması lazımdır. İstehsalat mənbələrinin olduğu, əhalinin daha çox məskunlaşdığı, nəqliyyat növünün sayının çox olduğu ərazilərdə atmosferin mühafizəsinə böyük ehtiyac var. Bu baxımdan həmin ərazilərdə mütəmadi monitorinqlərin keçirilir. Dövlət sifariş ilə nazirliyin xüsusi proqramları var və öz işlərimizi bunlara uyğunlaşdırırıq. İlin sonunda da bu barədə hökumətə məlumat verilir”.
 
Nazirlik rəsmisi qeyd edib ki, ətraf mühitin ən çox çirkləndiyi ərazilər müəssisələrin yerləşdiyi və nəqliyyatın sıx olduğu rayon və şəhərlərdir. Onun sözlərinə görə, Azərbaycanda Mingəçevirdə, Gəncədə, eyni zamanda Sumqayıtda analoji hal qeydə alınır.
 
M. Avazova vurğulayıb ki, bu gün ölkədə atmosferə atılan 100% tullantının 60-65%-i nəqliyyatın payına düşür. Onun da mənbəyinin məlum olduğunu deyən direktor müavininin fikrincə, 2000-ci ildə Bakıda 100 min nəqliyyat növü var idisə, artıq bu rəqəm 1 milyona yaxınlaşıb: “Təbii ki, bunun da şəhərə təsiri və təzyiqi çoxdur. Bakı şəhəri üzrə əhalinin sıx, nəqliyyatın intensiv olduğu və müəssisələrin daha çox yerləşdiyi ərazilərdə ətraf mühitə təzyiqlər daha yüksəkdir. Ancaq ətraf ərazilərdə bu təsir minimumdur. Ətraf mühitin çirklənməsi daha çox mərkəzdə qeydə alınır. Bakı şəhərində 4 milyona yaxın əhali yaşayırsa və onlardan gündə 1 kilodan artıq məişət tullantısı hesablansa ətraf mühitə hansı təsir və təzyiqlərin olduğunu düşünmək olar”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM