Hava limanı bombardman edildi - Yəməndə

16:45 | 29.03.2015
Hava limanı bombardman edildi - Yəməndə

Hava limanı bombardman edildi - Yəməndə

Yəmənin paytaxtı Sənada aeroport tamamilə yararsız hala düşüb.

ANS PRESS-in məlumatına görə, buna səbəb paytaxta edilən hava hücumları olub. Yəmənin mülki aviasiya administrasiyası bu haqda xəbər yayıb. Məlum olub ki, Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrindən ibarət koalisiya qüvvələri bir sıra hərbi obyektlərə də hücumlar edib. Nəticədə koalisiyanın Hərbi Hava Qüvvələri Sənada ballistik raketlərin də saxlanıldığı hərbi bazanı məhv edib.

Xatırladaq ki, Yəmən hal-hazırda siyasi böhran içərisindədir. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzində isə prezident Abd Rabbuh Mənsur Hadinin qüvvələri ilə ona qarşı olan husilər arasında döyüşlər gedir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM