Hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri 23%-ə qədər azalıb

13:37 | 16.03.2024
Hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri 23%-ə qədər azalıb

Hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri 23%-ə qədər azalıb


2024-cü ilin fevral ayında hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri cari ilin yanvar ayı ilə müqayisədə 12.3% artıb.Bu barədə  Dövlət Statistika Komitəsi xəbər verir.

Cari ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% azalıb.

Bu ilin yanvar-fevral ayları ərzində hava nəqliyyatı ilə 493,7 min və ya 48,4% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 22,5% artaraq 63,1 min ton olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM