Hava xəbərdarlığı: Qar yağacaq

15:02 | 26.11.2013
Hava xəbərdarlığı: Qar yağacaq

Hava xəbərdarlığı: Qar yağacaq

Ölkədə gözlənilən hava şəriti ilə bağlı xəbərdarlıq edilib. 

Noyabrın 27-si axşam respublikanın qərb rayonlarında, 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 1-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə aşağı enəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin güclənəcəyi gözlənilir. 

Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb