Hava yağmursuz olacaq - 2013 üçün son proqnoz

14:09 | 30.12.2013
Hava yağmursuz olacaq - 2013 üçün son proqnoz

Hava yağmursuz olacaq - 2013 üçün son proqnoz

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.Dekabrın 31-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, Şərq rayonlarında çiskin olacaq. Mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında gecə 15-20 dərəcə şaxta, bəzi yerlərdə 23 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM