Hava yollarında tətil: 750 səfər təxirə düşdü

19:45 | 18.03.2015
Hava yollarında tətil: 750 səfər təxirə düşdü

Hava yollarında tətil: 750 səfər təxirə düşdü

Alman hava yollatı şirkəti "Lufthansa"da tətil başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Lutfhansa şirkəti pilotların bugün yerli saatla 00.01 ilə 23.59 arasında işlərini dayandırması səbəbilə kısa və orta məsafəli 750 səfər təxirə düşüb. Tətil təxminən 80 min sərnişinə təsir edib.
 
Alman hava yolu şirkəti sərnişinlərə uçuş tarixlərini dəyişməyi və ya qatarla səfər etməyi məsləhət görüb. Lufthansanın rəsmi internet səhifəsində açıqlanan siyahıya görə, təxirə düşən uçuşların çoxu Frankfurt və Münhen marşrutlarına təsir etdiyi ortaya çıxıb.

Tətilin səbəbi həmkarlar təşkilatı ilə şirkət arasındakı anlaşma ilə bağlıdır.  "Lufthansa", "Lufthansa Cargo" və "Germanwings" şirkətlərində çalışan 5 min 400 nəfər pilotun təqaüdə çıxması ilə bağlı anlaşılmaz durum yaranıb.  "Lufthansa" pilotlar arasında ən tez pensiya yaşını 55-dən 60 yaşa, vəzifədən ayrılmaq yaşını isə 58-dən 61-ə çıxarmaq istəyir.

İndiyə qədər həmkarlar ittifaqları ilə "Lufthansa" arasında dəfələrlə anlaşılmazlıqlar olub, tətillər keçirilib və minlərlə səfər təxirə düşüb.

ANN.Az


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM