Havada NATO - Rusiya toqquşması

19:06 | 17.06.2015
Havada NATO - Rusiya toqquşması

Havada NATO - Rusiya toqquşması

Rusiya hərbi təyyarəsi təlim keçən NATO hərbi gəmilərinin üzərindən uçub.

NATO qırıcıları növbəti dəfə Latviya sərhədləri yaxınında Baltik dənizi üzərində Rusiya hərbi təyyarələrini aşkarlayıblar. 

ANS PRESS-in məlumatına görə, bu barədə Latviya Silahlı Qüvvələrinin rəsmi "Twitter” səhifəsində məlumat verilib. 

Məlumata görə, hadisə iyunun 16-da baş verib. Hadisə zamanı Baltik dənizi üzərində beş rus hərbi təyyarəsini aşkar ediblər: İl-20, A-50, An-26 və iki MiQ-31 qırıcısı. Bundan başqa, sərhədçilər dünən Latviya sərhədlərinin 27 milində Rusiyaya məxsus hərbi sualtı qayıq və iki hərbi gəmi aşkar ediblər.

Keçən həftə isə Rusiya hərbi təyyarəsi Baltik dənizində təlim keçən NATO hərbi gəmilərinin üzərindən uçmuşdu. 

Son günlərdə NATO-nun Kalininqrad vilayətini işğal etməyə hazırlaşması barədə yayılan xəbərlərin fonunda Rusiya ordusunun fəallağı artırması Baltikyanı ölkələrdə həyəcan doğurur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM