İsveçrə Səfirliyi aprel ayının 4-ü, cümə axşamı, saat 19.00-da Park Cinema-da (Alov Qüllələri) İsveçrənin məşhur etdirəcək. Film İsveçrə almancasında azərbaycan və rus subtitrləri ilə nümayiş olunacaq. Giriş sərbəstdir.
Film 5 yaşlı yetim Haydi haqqındadır. O, babası ilə İsveçrə dağlarında yaşayır. Lakin xalası Dete onu xəstə və çətin xasiyyəti olan qızı Klaraya baxmaq üçün Frankfurta götürür və o gündən Haydinin xoşbəxt anları bitir. Haydi o andan bir məqsədlə yaşayır: geri babasının yanına dönmək. Film 1880-ci ildə Johanna Spyrinin yazdığı dünya şöhrətli Haydi hekayəsinin əsasında, 2015-ci ildə Alain Gsponer tərəfindən lentə alınıb.
Tədbir Frankofoniya həftələri çərçivəsində keçirilir.
Əlavə məlumat üçün İsveçrə Səfirliyinin Mətbuat və İnformasiya üzrə müşaviri cənab Atəş Sultanovla əlaqə saxlayın: [email protected]
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !