Hazırda 50% peşə təhsil müəsisələrində məcburi köçkünlər yaşayır

10:46 | 14.01.2025
Hazırda 50% peşə təhsil müəsisələrində məcburi köçkünlər yaşayır

Hazırda 50% peşə təhsil müəsisələrində məcburi köçkünlər yaşayır

50% peşə təhsil müəssisələrində məcburi köçkün vətəndaşları hazırda da yaşayır və həmin şəxslər öz evlərinə mərhələli şəkildə köçürüldən sonra həmin binaların yenidən bərpasına başlanılacaq. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırllğında dövlət-özək tərəfdaşlığının rolu" adlı tədbirdə çıxışı zamanı deyib.

"Yeni tikilən peşə təhsil müəsisələri tələbə ilə dolub. Buna görə də bəzilərində iki növbəli təhsil tətbiq edilir. Təxminən 50% müəsisələrimizdə məcburi köçkünlər yaşayır. Onlar da tədricən öz evlərinə qayıtdıqca həmin binalar yenidən bərpa olunacaq",- Kərəmov bildirib.

2025-ci il peşə təhsilinə 82,2 milyon manat vəsait ayrılıb. Ümumilikdə ölkə üzrə 16 peşə məktəbinin tikilməsi nəzərdə tutulur.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM