Hazırda ölkədə yaxşı nümunə olan idmançılarımızın yox, "Baboş"ların reklamı gedir. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Sərbəst güləşimiz tənəzzül edir. Legionerlər üzrə sistem qurmaq olmaz. Onlar bir neçə illik gəlib, sonra çıxıb gedir. Təklif edirəm ki, uğur qazanan güləşçilərimizin şəkilləri məktəblərdə vurulsun. Futbolumuz da eyni vəziyyətdədir. Məsələn dünyada 70 gürcü yüksək divizonda çıxış edir. Biz isə ölkə olaraq bir idmançı yetişdirib dünya komandasına çıxara bilmirik. Hazırda ancaq "Baboş"ların reklamı gedir. Cammat da nəyi görürsə ona doğru gedir", - deputat noyabrın 1-də Milli Məclisdə çıxışında deyib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !