Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, noyabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.
Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.
Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !