Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur

18:23 | 30.12.2024
Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Zərifə Əliyeva küçəsində;
15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
18. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM