“Heç bir ölkə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsində maraqlı deyil”

15:10 | 13.01.2014
“Heç bir ölkə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsində maraqlı deyil”

“Heç bir ölkə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsində maraqlı deyil”

 “Biz İranın nüvə silahı əldə etməməsi üçün vacib addımlar atdıq. Yanvarın 20-dən bizim və tərəfdaşlarımızın Cenevrədə İranla razılaşdırdığımız Birgə Fəaliyyət Planının icrasına başlanacaq”.APA-nın ABŞ Dövlət Departamentin saytına istinadən verdiyi məlumata görə, bu barədə dövlət katibi Con Kerri İranın mübahisəli nüvə proqramı ilə bağlı keçirilən danışıqları şərh edərkən danışıb. Onun sözlərinə görə, “altılıq” ölkələri ilə əldə edilən razılaşma İrana dondurulmuş 4,2 milyard dollar aktivlərinə sahib çıxmağa imkan verəcək: “ABŞ açıq şəkildə göstərib ki, bizim əsas prioritetimiz İranın nüvə silahı əldə etməsinin qarşısı almaqdır və bunun üçün diplomatik yol problemin həlli üçün bizim seçdiyimiz yeganə yoldur. Bəllidir ki, hərtərəfli razılaşmaya nail olmaq üçün bizi gələcəkdə daha böyük çətinliklər gözləyir. Danışıqlar çətin olacaq, lakin bu, vacib təhlükəsizlik məsələsini sülh yolu ilə həll etmək üçün imkandır”. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə APA-ya bildirib ki, “altılıq” ölkələri ilə intensiv danışıqlar gedib və nəticələr müsbət olub: “Yerdə qalan məsələlərlə bağlı qərarlar isə danışıqlarda iştirak edən ölkələrin rəhbərləri tərəfindən qəbul olunacaq və gələcək iki həftə ərzində elan olunacaq”. ABŞ-ın İrana qarşı yeni sanksiyalar qəbul edə biləcəyi barədə xəbərləri şərh edən səfir deyib ki, hər hansı bir ölkənin İrana qarşı yeni sanksiyaların tətbiq edilməsində marağında olmadığını düşünür: “Danışıqlarda iştirak edən 6 ölkə bildirib ki, İrana qarşı nüvə proqramı ilə bağlı olmayan sanksiyalar tətbiq edilməyəcək. Hesab edirəm ki, İranın nüvə fəaliyyətində indiki irəliləyiş İran xalqının sarsılmazlığın və müqavimətin nəticəsidir”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb