“Heç bir üçüncü ölkə NATO-nun genişlənməsinə veto qoya bilməz"

20:45 | 01.12.2014
“Heç bir üçüncü ölkə NATO-nun genişlənməsinə veto qoya bilməz

“Heç bir üçüncü ölkə NATO-nun genişlənməsinə veto qoya bilməz"

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın NATO üzvü edilməyəcəyi mövzusunda zəmanət istəyən Rusiyaya sərt cavab verib.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, Stoltenberq heç bir ölkənin NATO-nun genişlənməsinə əngəl ola bilməyəcəyini deyib:

"Heç bir üçüncü ölkə NATO-nun genişlənməsinə veto qoya bilməz".
 
NATO-nun Açıq qapı siyasətinin uğurlu olduğunu deyən Stoltenberq heç bir şəkildə belə bir zəmanət verə bilməyəcəklərini deyib: "Hər bir müstəqil ölkənin hər hansı təhlükəsizlik razılaşmasının tərkib hissəsi olub-olmayacağını seçmək haqqı var. İstənilən ölkə NATO-ya qoşula bilər. Bu vəziyyətdə namizəd ölkələrin lazımi standartları və öhdəlikləri nəzərə alınacaq”.

Ukraynanın bir müddət öncə hər hansı bir hərbi bloka daxil olmamaq qərarını hörmətlə qarşıladığını deyən Stoltenberq başçılıq etdiyi alyansın 2008-ci il Buxarest zirvəsində Ukrayna və Gürcüstanı nəzərə aldığını, vaxtı gəlincə təşkilata daxil edəcəklərini deyib. Xatırladaq ki, Kreml sözçüsü Dmitri Peskov NATO-nun Rusiyaya Ukraynanın təşkilata qoşulmaması üçün zəmanət verməli olduğunu demişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti