Həbib Nurməhəmmədov növbəti rəqibini açıqladı

22:13 | 14.10.2019
Həbib Nurməhəmmədov növbəti rəqibini açıqladı

Həbib Nurməhəmmədov növbəti rəqibini açıqladı

UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı bəlli olub. 


31 yaşlı rusiyalı idmançı "Netcast Zone”yə müsahibəsində həmin şəxsin, böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib. 



Nurməhəmmədov sonuncu dəfə sentyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək çempion titulunu qorumuşdu. 


"Çox güman ki, Toni Ferqyuson növbəti rəqibim olacaq, çünki başqası yoxdur. O, buna layiqdir. Biz mübarizə aparmalıyıq, ondan sonra kanadalı Georges Seynt-Pyerr ilə vuruşa bilərəm. Ancaq çəki artımına getməyəcəyəm. Öz çəkimdə qalmaq, titulumu qorumaq, indiyə qədər yüngül çəkidə ən yaxşı döyüşçülərdən biri olmaq istəyirəm”, - deyə rusiyalı döyüşçü bildirib.


Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub. 
 ///oxu.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM