Həbib Nurməhəmmədovun atası xəstəxanaya yerləşdirildi

18:51 | 25.04.2020
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov xəstəxanaya yerləşdirilib.

"Report"un Rusiya mətbuatına istinadən xəbərinə görə, məlumatı o, özü də təsdiqləyib. Qısa açıqlama verən ata Nurməhəmmədov "Xəstəxanada yatıram, üzrlü sayın" deyib.

Onun hansı səbəbdən xəstaxanaya yerləşdirilməsinin səbəbi isə məlum deyil.

Qeyd edək ki, daha əvvəl Həbib Nurməhəmmədovun aprelin 18-də Las-Veqasda amerikalı Toni Ferqyusonla nəzərdə tutulan döyüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM