Həbibi Ronaldoya görə stadiona gəlməyinə peşman etdilər

20:17 | 07.11.2019
Həbibi Ronaldoya görə stadiona gəlməyinə peşman etdilər

Həbibi Ronaldoya görə stadiona gəlməyinə peşman etdilər

Moskvada baş tutan "Lokomotiv” və "Yuventus” arasındakı matçı UFC çempionu Həbib Nurməhəmmədov da izləyib. Stadionun diktoru fəxri qonağı salamlasa da, "Lokomotiv” azarkeşləri bu salamlamanı fitlə cavablayıblar.
Buna səbəb isə Həbibin "Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldunun dostu olması və stadionda ona azarkeşlik etməsi olub.
Oyundan sonra Nurməhəmmədov "Yuventus”un çətinliklə qələbə qazandığı matçla bağlı qısa şərh də edib:
"Oyun əla idi. Mənim xoşuma gəldi. Ronaldunun üç qol vəziyyəti oldu, amma vura bilmədi... Allaha şükür ki, vurmadı. "Lokomotiv” məndə xoş təəssürat yaratdı. Düzünü deyim ki, bilmirdim, onlar belə yaxşı oynayırlar”.
Qeyd edək ki, Kriştianu Ronaldu və Həbib Nurməhəmmədov bir neçə ildir dostluq edirlər. Həbib Madridə "Real”ın oyununu izləməyə gedib və portuqaliyalı ulduza papaq hədiyyə edib. Öz növbəsində futbolçu da Həbibə öz formasını və top bağışlayıb.(oxu.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM