Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun vəziyyəti ağıdır.
Yenisabah.az xəbər verir ki, ata Nurməhəmmədovun koronavirusa yoluxduğu məlum olub.
Bu barədə Həbib özünün "Instagram” hesabında yazıb.
Onun sözlərinə görə, hazırda Moskvadakı xəstəxanalardan birində müalicə olunan Abdulmanap Nurməhəmmədovun vəziyyəti ağır qiymətləndirilir. O, əvvəlcə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !